Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarını ifşa etməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdəki hesabında yazıb.
O vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha Ermənistanın Azərbaycanı sərhədçilərini Laçın keçid məntəqəsindən və yoldan çıxarmağa vadar etmək tələbinin yekdilliklə rədd olunduğunu təsdiqləyir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib. Bu barədə qərar Beynəlxalq Ədalət Məhkəməsinin saytında dərc olunub. Məhkəmə Ermənistanın 2023-cü il 22 fevral tarixli Qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi