Rusiya, Çin, Britaniya və ABŞ bilməlidirlər ki, İran Qacar və Pəhləvilər dönəminə geri qayıtmayacaq.
BUTA.TV xəbər verir ki, bunu İran Hakimiyyət Başçılarının Ali Koordinasiya Şurasının katibi, SEPAH-ın keçmiş komandiri Möhsün Rzayi Tvitter hesabında yazıb.
“İslam Respublikası bütün gücü ilə torpağını, haqqını və millətini müdafiə edir. Rusiya öz mövqeyini düzəltməlidir. Rusiya ilə münasibətlərimiz zəiflik üzərində qurulmayıb, heç kimin bizim aramızdakı münasibətlərdən sui-istifadə etməyə haqqı yoxdur”, - Rzayi bildirib.
Qeyd edək ki, Möhsün Rzayinin paylaşımı iyulun 10-da Moskvada Omanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibinin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq görüşünün yekun bəyanatı ilə bağlıdır.
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı