İyulun 7-də Xudafərin körpüsü yaxınlığında Ermənistanın Araz çayını çirkləndirməsinə və Ermənistanın inşa etməkdə olduğu metallurgiya zavodunun törədə biləcəyi ekoloji fəlakətə etiraz etdikləri üçün İran sərhədçiləri tərəfindən həbs edilən milli fəalların məhkəməsi olub.
BUTA.TV xəbər verir ki, bu barədə yerli fəallar sosial media hesablarında məlumat yayıblar.
Məhkəmə iyulun 15-də Xudafərin Şəhər Prokurorluğunun birinci bölməsində keçirilib.
Saxlanılan Mustafa Əvəzpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur, Sədullah Sasani və Cəfər Noruziyə qarşı "hökumətə qarşı təbliğat" ittihamının irəli sürüldüyü, barələrində çıxarılan qərarın yaxın günlərdə elan ediləcəyi qeyd edilib.
Xatırladaq ki, iyulun 7-də həbs edilən fəallar 28 saat dindirildikdən və döyüldükdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı