Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” komandası ikinci yoxlama oyununu keçirib.
BUTA.TV xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi “Orenburq”la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə bitib. “Qəbələ”nin heyətində Ülvi İsgəndərov fərqlənib.
Qeyd edək ki, “qırmızı-qaralar” ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə olacaq.
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı