Rus ordusunun Berdyanskdakı qərargahına endirilən zərbələr nəticəsində general-leytenant Oleq Tsokovla birlikdə 382-ci əlahiddə dəniz piyadaları batalyonunun keçmiş komandiri, polkovnik-leytenant Aleksandr Qorin də məhv edilib.
BUTA.TV xəbər verir ki, Qorinin ölümü barədə məlumatı Rusiyadakı “Sputnik” veteranlar asosiasiyası yayıb.
Məlumatda Qorinin iyulun 14-də öldüyü bildirilib.
Lakin ukraynalı hərbi jurnalist Denis Kazanski onun iyulun 11-də general Tsokovla birlikdə məhv edildiyini qeyd edib.
Qeyd edək ki, Aleksandr Qorinin rəhbərlik etdiyi batalyon 2014-cü ildə Krımın işğalında iştirak edib.
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...