Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvalayıb.
BUTA.TV xəbər verir ki, başsağlığı məktubunda qeyd olunur:
“Hörmətli Prezident, Əziz Qardaşım,
Bu gün səhər Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu böyük kədər hissi ilə öyrəndim.
Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm”.
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər
- Horovlu kəndinə daha 30 ailə yola salındı
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...