Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin “qara qutu”larının ölkədə olduğunu təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a qurumun mətbuat xidmətindən məlumat verilib.
"Braziliyadan Qazaxıstana gətirilən “qara qutu”ların deşifrə edilmiş məlumatları araşdırma komissiyasının mütəxəssisləri tərəfindən də öyrənilir", - nazirlikdən bildirilib.
Əlavə edilib ki, bütün materialların və faktların ətraflı öyrənilməsindən sonra komissiya araşdırmanın gedişi barədə ilkin hesabat dərc edəcək.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video