1990-cı il yanvarın 20-də Sovet ordusunun Azərbaycanda törətdiyi qətliamdan 35 il keçir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, “Qanlı Yanvar”ın ildönümündə 35 il əvvəl Bakıdakı qırğınlarla bağlı Türkiyədə keçirilən aksiyaların görüntüləri yenidən gündəm olub.
Faciədən 5 gün sonra Türkiyənin İğdır bölgəsində böyük kütləvi aksiya təşkil edilib, xalq meydanlara tökülüşüb və Azərbaycana dəstəyini ifadə edib. Aksiyada “Yol verin Azərbaycana keçək”, “Ordu Bakıya”, “Azərbaycan türkdür türk qalacaq” kimi şüarlar səsləndirilib.
Aksiyalar Türkiyənin İstanbul və Ankara kimi müxtəlif bölgələrində də günlərlə davam edib. İstanbuldakı mitinqə 25 min nəfərdən çox insan qatılıb. Lakin ən ciddi dəstək yürüşləri məhz İğdırda olub.
Faciənin ildönümündə İğdırda keçirilən aksiyanın görüntüləri yenidən sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində gündəm olub və yayılmağa başlayıb.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video