Müdafiə naziri general-polkovnik Zakir Həsənov bələdiyyə seçkilərində səs vermək üçün növbədə gözləyib.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Z.Həsənov səsvermə bülletenini götürmək üçün məntəqə seçki komissiyasının üzvlərinin əyləşdiyi masaya yaxınlaşıb. Bu zaman orada başqa seçicilər də olub. Müdafiə nazirinə növbədə gözləmədən bülleten verilməsi təklif olunub. Lakin o, bununla razılaşmayıb və gözləyib.
Z.Həsənov növbəsi çatanda bülleteni götürüb, səsvermə kabinəsinə keçərək səsvermə hüququndan istifadə edib və məntəqədən ayrılıb.
Qeyd edək ki, bu gün - yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...