Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na görə Azərbaycanda 245 min su sayğacı dəyişdiriləcək.
Belə ki, 2026−2030-cu illərdə 45 min yeni sayğacın quraşdırılması, 80 min smart və 165 min mexaniki tipli istismar müddəti başa çatmış sayğacın dəyişdirilməsi planlaşdırılır.
Bəs hazırda quraşdırılan ümumi sayğac sayı nə qədərdir? Su sayğaclarının nə qədəri mexaniki, nə qədəri smartdır? Dövlət Proqramında nəzərdə tutulan illər ərzində hamısının smart və ya mexaniki olması nəzərdə tutulurmu?
BUTA.TV xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya qurumun xidmət göstərdiyi 6 iri şəhər üzrə 1 273 143 sayğacın quraşdırıldığı bildirilib..
Bunlardan 1 060 072-nin mexaniki, 213 071-nin isə smart sayğac olduğu qeyd edilib.
“1 060 072 mexaniki sayğacdan 1 049 483-ü əhali, 10 589-u isə qeyri-əhali üçün quraşdırılıb. 213 071 smart sayğacdan 153 375-i əhali, 59 696-sı isə qeyri-əhali üçün quraşdırılıb”, - məlumatda vurğulanıb.
- "Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı
- Ali Məhkəmədən Emin İbrahimovla bağlı qərar
- Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
- Bayram qabağı çərəzlər bahalaşdı - Qiymət
- Vardanyan apelyasiya şikayəti verməyəcək
- Sabah sosial ödənişlər yekunlaşdırılacaq
- Sabah hava necə olacaq?
- Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş...