Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

12:10 - 25 Fevral 2026 - GÜNDƏM

 Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

Tarix sahəsində 2025-ci ilin ən mühüm elmi nəticəsi Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfədoktoru, dosent Azad Zeynalovun Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasıdır.

BUTA.TV xəbər verir ki, bu fikirləri Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Ümumi Yığıncaqdakı çıxışında deyib.

O bildirib ki, həmin arxeoloji fakt Yaponiyada karbohidrogen analiz mərhələsindədir:

"Tədqiqatçıların reallığına çox inandıqları bu fakt təsdiqlənərsə, 1968-ci ildə professor Məmmədəli Hüseynovun Azıx mağarasında aşkar etdiyi ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol