Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən məhkəmə prosesində adı çəkilən şəxslərin təqsiri sübuta yetirilməyib və cinayət işinə xitam verilib.
Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs olunmuşdular. Məhkəmə istintaqı dövründə onların barəsindəki həbs qəti imkan tədbiri ev dustaqlığı qəti imkan tədbiri ilə əvəz edilmişdi.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı