Rus ordusunda döyüşən azərbaycanlı itkin düşdü - Foto

12:20 - 3 Mart 2026 - GÜNDƏM

 Rus ordusunda döyüşən azərbaycanlı itkin düşdü - Foto

1994-cü ildə Ağcabədi rayonunda anadan olmuş Yusif Hacıyev Ukraynadakı döyüşlərdə itkin düşüb.

BUTA.TV xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, Y.Hacıyev Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlayaraq Ukrayna ərazisində döyüşlərə yollanıb.

Qeyd edək ki, o, Ukraynanın Kupyansk istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda bu "Mall" bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol