Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto

12:58 - 3 Mart 2026 - GÜNDƏM

 Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto

Şamaxıda baş verən zəlzələ nəticəsində ev və obyektlərə ziyan dəyib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, baş vermiş yeraltı təkanlar nəticəsində əsasən Şamaxı və Ağsu rayonlarında dağıntılar olub.

Hadisə nəticəsində Şamaxının Bağırlı, Ovculu, Çöl Göylər, Dağ Göylər, Çarhan, Adnalı, Nüydü, Quşçu kəndlərində, Ağsu rayonunun isə Ləngəbiz, Qəşəd, Bico, Keçdiməz, Gəgəli və digər kəndlərində evlərdə təhlükəli çatlar yaranıb, yarımtikililər dağılıb. Adıçəkilən kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib.

Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda bu "Mall" bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol