ABŞ ordusu İranın Minab şəhərində aviazərbələr zamanı 160-dan çox məktəblinin öldürülməsi ilə bağlı istinaqa başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” amerikalı hərbi mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, zərbələrin ABŞ hərbçiləri tərəfindən endirildiyi ehtimal olunur, baxmayaraq ki, istintaq hələ yekun nəticəyə gəlməyib.
ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırmanın aparıldığını təsdiqləyib, amma detalları açıqlamayıb.
“Araşdırma aparırıq. Əlbəttə ki, biz heç vaxt mülki hədəflərə zərbə endirmirik. Amma bu məsələni öyrənir və araşdırırıq”, - ABŞ müdafiə naziri Pit Heqset vurğulayıb.
“Röyters” bildirib ki, ABŞ və İsrail İrana zərbələrin çoğrafiyasını aralarında bölüşüblər.
Yüksək çinli israilli məmur agentliyə açıqlamasında da deyib ki, İsrail qüvvələri İranın qərbindəki raket buraxılış qurğularına, amerikalı hərbçilər isə ölkənin cənubunda, Fars körfəzinə yaxın yerlərdə raket və hərbi-dəniz hədəflərinə zərbələr endirib.
“Minab ABŞ qüvvələrinin hücumlar həyata keçirdiyi coğrafi ərazidə, İranın cənubunda yerləşir. Lakin müstəntiqlər hələlik sursatın növünü, buraxılış qurğusunu və ya hadisəyə görə məsul olan bölməni müəyyən etməyiblər”, - agentlik bildirib.
Amerikalı rəsmilər qeyd ediblər ki, ABŞ doktrinası məktəb və xəstəxanalar da daxil olmaqla, mülki infrastruktura hücumu qadağan edir.
ABŞ Dövlət katibi Marko Rubio da məsələyə toxunub və jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ qəsdən məktəblərə zərbə endirmək niyyətində deyil:
“Əgər bu bizim zərbəmizdirsə, Müdafiə Nazirliyi araşdırma aparmalıdır, mən sizin sualınızı onlara yönləndirdim”.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...