Rauf Namazova vəzifə verildi

13:42 - 8 May 2026 - GÜNDƏM

 Rauf Namazova vəzifə verildi

Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı həyata keçirilib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsinə Rauf Namazov təyin olunub.

Məlumata görə, R.Namazov Maliyyə Monitorinqi Xidmətində Məlumatların təhlili departamentinin direktor müavini olub.

R.Namazov maliyyə monitorinqi və uyğunluq sahəsində uzun illər fəaliyyət göstərib. O, həmçinin uzun illər vergi orqanlarında çalışıb.

O, bundan əvvəl də Maliyyə Monitorinqi Xidmətində müxtəlif vəzifələrdə çalışaraq qurumun fəaliyyət istiqamətləri üzrə idarəetmə və koordinasiya proseslərində iştirak edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol