İrana casusluq edən İsrail əsgərləri həbs olundu

14:26 - 8 May 2026 - GÜNDƏM

 İrana casusluq edən İsrail əsgərləri həbs olundu

İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 4 nəfər həbs edilib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə İsrail polisi, Daxili Təhlükəsizlik Xidməti və ordu birgə məlumat yayıb.

Bildirilib ki, İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinənlərdən üçü əsgər, bir nəfər isə mülki şəxsdir.

Məlumata görə, əsgərlər hələ hərbi xidmətdən əvvəl, yeniyetmə yaşlarında İran kəşfiyyatı ilə əlaqədə olublar və casusluq əməliyyatlarında iştirak ediblər.

İsrail Hərbi Hava Qüvvələrinin texniki məktəbində təlim keçən əsgərlər sözügedən obyektin və ətrafının fotolarını çəkib İrana göndəriblər.

Saxlanılanlar dəmiryolu stansiyaları, ticarət mərkəzləri və təhlükəsizlik kameraları ilə bağlı məlumatları da İran kəşfiyyatına ötürüblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol