Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin müxtəlif yaşayış məntəqələrində vətəndaşlarla keçirilən səyyar görüşlər davam etdirilir. Növbəti səyyar qəbul Sumqayıt şəhərinin 2-ci məhəllə ərazisində təşkil olunub.
BUTA.TV xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də sakinlər iştirak ediblər.
Səyyar qəbulun əsas məqsədi vətəndaşları narahat edən məsələlərin yerində öyrənilməsi, problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsi olub.
Qəbul zamanı sakinlər tərəfindən məşğulluq imkanları, sosial təminat, məhəllədaxili abadlıq işləri, infrastrukturun yenilənməsi, sosial məsələlər və digər mövzularla bağlı müxtəlif müraciətlər səsləndirilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi şəhər rəhbərinin göstərişi əsasında yerindəcə öz həllini tapıb. Əlavə araşdırma və icra mexanizmi tələb edən digər müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ həlli istiqamətində müvafiq göstərişlər verilib.
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
Bildirilib ki, Sumqayıtda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və infrastruktur layihələri şəhərin sosial-iqtisadi inkişafına, sakinlərin rahatlığının və rifahının yüksəldilməsinə xidmət edir.
Görüşdə iştirak edən sakinlər şəhərdə son illər aparılan abadlıq və yenidənqurma işlərini yüksək qiymətləndirərək, onların müraciətlərinə diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
- Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
- Xızının Fındığan kəndi içməli su ilə təmin olundu - Foto
- Abşeron dairəvi dəmir yolunda stansiyaların sayı 40-a çatdırılacaq
- Komitədə Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi
- İqtisadi Şuranın iclası: Əsədov tapşırıqlar verdi - Foto
- Prezident sərəncamı: Onlara birdəfəlik yardım ödənildi
- Bu qurumun maşınları da operativ nəqliyyat sayılacaq
- 8 nəfər maksimum bal yığdı, 3 nəfər xaric olundu...