Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib.
BUTA.TV xəbər verir ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub. Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir.
Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (Təxribat) maddəsinin yeni redaksiyası müəyyən edilmişdir. Belə ki, artıq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab olunacaq.
Eləcə də, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaqdır.
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
Azərbaycan Respublikası Prezidentinin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib.
- Mirzoyanın Okamponun əli ilə Qarabağ "isteriyası" - VİDEO
- 805 manat hesab gəldi, restoranı tənqid etdi - FOTO
- Vado Korovinin qızı "Speys"dən uzaqlaşdırıldı
- Bakıda dirəyə bağlanmış dəvənin sahibi tapıldı - VİDEO
- Azərbaycan və Türkiyə hərbçiləri Bakıda təlim keçirdi - Video
- Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi
- Cinayət Məcəlləsinə yeni maddə əlavə olundu
- Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq