Naxçıvanın Babək rayonunun Nehrəm kəndində gənc oğlan qətlə yetirilib.
Bu barədə BUTA.TV-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvarın 6-sı Naxçıvanın Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir
- Bakı-Tiflis qatarı: fiziki məhdudiyyətli sərnişinlər üçün imkanlar
- Nural Əliyev vəzifəsindən azad ediləcək
- Şəkinin tarixi hissəsində yaşayanlar uçota alınır
- Ali Məhkəməyə yeni hakimlər təyin olunur
- WUF13-lə bağlı çəkilmiş zolaqlar qüvvədən düşür: Bu yoldan başqa
- Yol polisindən sürücülərə xəbərdarlıq