Vasif Talıbovun Naxçıvanın Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra daha bir yenilik tətbiq olunub.
BUTA.TV Baku.ws-yə istinadən xəbər verir ki, artıq Naxçıvan qeydiyyatında olanlar respublikanın bütün regionlarından kommunal xidmət borcunu ödəyə biləcəklər. Belə ki, Bakı və digər ərazilərdə yerləşdirilən ödəmə terminallarda Naxçıvan bölməsi yaradılıb.
Naxçıvan qeydiyyatında olan şəxslər rahatlıqla kommunal borclarını Bakı və digər şəhərlərdən ödəyə bilərlər.
Yenilik həmçinin mobil ödəmə tətbiqlərində həyata keçirilib.
- Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?
- “Bilirəm, çox ağır və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə
- WUF13-də 53 mindən çox şəxs iştirak edib
- Urmiya gölü bərpa olmayıb - Ekoloq
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir