Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən il bir oyunda ən çox qol vuran futbolçunun adını açıqlayıb.
BUTA.TV xəbər verir ki, o, Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares olub. Bu, Alvaresin hələ “River Pleyt”də oynadığı vaxt qeydə alınıb. Forvard “Alyansa Lima” ilə oyunda 6 qola imza atıb. O, bu görüşün 15, 18, 41, 54, 57, 83-cü dəqiqələrində fərqlənib. Ötən il mayın 25-də baş tutan həmin matçda “River Pleyt” 8:1 hesablı qələbə qazanıb.
Xatırladaq ki, Xulian Alvares ötən yayda “River Pleyt”dən ayrılaraq “Mançester Siti”yə keçib.
- Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?
- “Bilirəm, çox ağır və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə
- WUF13-də 53 mindən çox şəxs iştirak edib
- Urmiya gölü bərpa olmayıb - Ekoloq
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir