ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və Pentaqonun keçmiş rəhbəri Robert Qeyts bildiriblər ki, Rusiya hərbi əməliyyat zamanı işğal etdiyi əraziləri Ukraynaya verməyəcək və gələcəkdə Qərbə hücum üçün bu ərazilərdən tramplin kimi istifadə edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetində dərc olunan məqalədə qeyd edilib.
“Rusiya Prezidenti Vladimir Putin üçün məğlubiyyət variantı yoxdur. O, Rusiyanın tərkibinə qatdığı dörd şərq bölgəsini Ukraynaya verə bilməz. Əgər bu il hərbi uğur qazana bilməsə, o, Ukraynanın şərqi və cənubundakı mövqelərə nəzarəti saxlayacaq, gələcəkdə yenidən hücum üçün tramplin kimi bu ərazilərdən istifadə edəcək. Rusiya Ukraynanın Qara dəniz sahillərinin qalan hissəsi, bütün Donbas üzərində nəzarəti bərqərar etməlidir. Daha sonra isə qərbə doğru hərəkət edəcək”, - məqalədə vurğulanıb.
Xatırladılıb ki, ABŞ-ın müdafiə və diplomatik idarələrinin keçmiş rəhbərləri də bu gün Ukraynanın bütün iqtisadiyyatı və hərbi potensialının Qərbin köməyindən asılı olduğunu deyirlər:
"Rays və Qeytsin fikrincə, Ukrayna qoşunları cəbhədə irəliləyişə nail ola bilməsə, Qərbin Kiyevə təzyiqi aylarla davam edən hərbi durğunluq fonunda artacaq".
Məqalədə iddia edilib ki, Putin səbirli davranacaq - necə ki, Krımın ilhaqından sonra 8 il gözlədi.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək