Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şənbə günü NMR Şərur Rayon İcra Hakimiyyətinin binasında vətəndaşları qəbul edib.
BUTA.TV "Turan"a istinadən xəbər verir ki, Nəcəfli əvvəlcə şəhid ailələrinin üzvləri ilə görüşüb, sonra sosial və məişət problemlərinin həlli üçün qəbula gələn digər vətəndaşları qəbul edib.
Respublika miqyaslı rəhbərin sadə vətəndaşları qəbul etməsi və onları dinləməsi Naxçıvan üçün qeyri-adi haldır.
Qəbula gələnlərdən biri olan Allahverdi Həsənov bildirib ki, yerli icra hakimiyyəti səlahiyyətli nümayəndənin səfərini əhalidən gizlədib və təlimatlandırılmış insanlarla görüş təşkil etməyə cəhd edib.
Həsənov onu da qeyd edib ki, əvvəllər yüksək vəzifəli şəxslərlə belə görüşlər keçirilməyib, başqa adamlar da onun kimi qorxusundan yuxarı orqanlara şikayət və müraciətlər etmirdilər.
Qeyd olunur ki, Nəcəfli ötən il dekabrın 22-də təyinat alandan sonra Naxçıvanda rayon rəhbərləri həftədə bir dəfə deyil, hər gün vətəndaşların qəbulunu təşkil etməyə başlayıb.
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu