Bu gün "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.
Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Olimpiakos" - AEK oyununa Azərbaycanın FİFA referisi Əliyar Ağayev təyinat alıb.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video