ABŞ müharibədə Rusiyaya yardım göstərəcəyi təqdirdə müttəfiqlərinin Çinə qarşı sanksiyalar tətbiq etməyə nə dərəcədə hazır olduğunu anlamağa çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Məsləhətləşmələr ilkin mərhələdədir və ilk növbədə G7 ölkələri ilə aparılır. Hansı mümkün məhdudiyyətlərin müzakirə oluna biləcəyi göstərilmir. ABŞ-ın məsləhətləşdiyi ölkələrdən birinin nümayəndəsi bildirib ki, Çinin Rusiyaya hərbi yardım göstərmək niyyətilə bağlı bir neçə kəşfiyyat məlumatı təqdim edilib”,-məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken müharibə zamanı Moskvaya kömək edəcəyi təqdirdə Pekinə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirmişdi.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video