Avropa Birliyinin (AB) Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyəcək saziş imzalanacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Hazırda AB-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, - N.Paşinyan deyib.
Sazişin nə vaxt imzalanacağı ilə bağlı suala Paşinyan hər şeyin artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında tam razılığın əldə olunacağı tarixdən asılı olduğunu söyləyərək cavab verib.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video