Erməni separatçılarının Ermənistandan Xankəndiyə silah daşımasını əks etdirən daha bir fakt ortaya çıxıb.
BUTA.TV xəbər verir ki, separatçılara məxsus UAZ markalı avtomibilin yaxınlığında silah-sursat qutusunun olması görüntülərdə diqqət çəkib.
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatın yoxlanması məqsədilə Azərbaycan Ordusunun bölmələri 5 martda UAZ markalı avtomobili saxlamağa cəhd göstərib.
Bu zaman UAZ maşınında olan erməni mənşəli şəxslər atəş açıb və əsgərlərimizdən ikisi şəhid olub. Cavab atəşi ilə erməni separatçı-terrorçulardan 3-ü yerindəcə məhv edilib, bir nəfər isə yaralanıb.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video