Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən BUTA.TV-a verilən məlumata görə, “Culfa” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən “Mersedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü şəxsi yoxlamaya cəlb edilib. Bu zaman sürücünün üzərindən təmiz çəkisi 1.452 qram narkotik vasitə - marixuana, 3.066 qram psixotrop maddə - metamfetamin, 6.199 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video