Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun "Naiza Fighting Championship" turnirində qazaxıstanlı Fanil Rafikovla keçirməli olduğu döyüş təxirə salınıb.
BUTA.TV turnirin rəsmi saytına istinadən xəbər verir ki, buna rəqib döyüşçünün zədələnməsi səbəb olub. Qarşılaşma martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı "Jekpe Jek" idman kompleksində baş tutmalı idi.
Rafikov döyüşə çıxa bilməyəcəyi üçün MMA həvəskarlarından üzr istəyib. O, rinqə may və ya iyun ayında qayıdacağını söyləyib.
Qeyd edək ki, Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər
- Horovlu kəndinə daha 30 ailə yola salındı
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...