İranın Azərbaycana müdaxiləyə görə üzr istəməlidir.
BUTA.TV xəbər verir ki, bunu Güney Azərbaycanın Həmədan bölgəsindən olan, hazırda Norveçdə yaşayan Nobel mükafatı laureatı Şirin İbadi X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması; onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasa ünvanladığı videomüraciətində bildirib.
“İranın Suriya və İraqa müdaxiləsi Tehranın bu ölkələrin sabitliyini pozduğunu göstərir. Ancaq İran rejiminin bu addımları xalq tərəfindən dəstəklənmir. Xalq rejimin ölkədə insanlara təzyiqinə və digər ölkələrə müdaxiləsinə qarşıdır. 2022-ci ilin payızında İranda hicaba görə başlayan hadisələr xalqın narazılığının təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Biz sonda öz məqsədlərimizə nail olacağıq”,- İbadi qeyd edib.
- Anar Kərimova yeni vəzifə verildi
- Əli Əsədov yeni qərar imzaladı
- Su sayğacları dəyişdirilir - Rəsmi
- Lənkəranda torpaq sürüşməsi: asfalt qatı çökdü - Foto
- Sabah Bakıda bu yollar bağlı olacaq
- Ər-arvad bir-birlərinə mənəvi zərər iddiası qaldıra biləcək
- Bu rayonlara qar yağdı
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir