Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.
Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyevxəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.
ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.
- Anar Kərimova yeni vəzifə verildi
- Əli Əsədov yeni qərar imzaladı
- Su sayğacları dəyişdirilir - Rəsmi
- Lənkəranda torpaq sürüşməsi: asfalt qatı çökdü - Foto
- Sabah Bakıda bu yollar bağlı olacaq
- Ər-arvad bir-birlərinə mənəvi zərər iddiası qaldıra biləcək
- Bu rayonlara qar yağdı
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir