ABŞ-ın “Şimal axını” və “Şimal axını 2” kəmərlərinə terror hücumu ilə bağlı öz versiyasını təbliğ etmək cəhdi onların dünyanın qalan hissəsinə qarşı yaxşı olmayan münasibətlərindən xəbər verir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.
“Amerikalılar “Şimal axını”nın partladılması ilə bağlı irəli sürdükləri versiyalara hər kəsin inana biləcəyini düşünürlərsə, bütün dünyanı axmaq hesab edirlər. Bütün Avropa isə ən yaxşı halda susur. Azad Qərb mətbuatı ağzına su alıb. Bu da bizim onilliklər boyu nümunə göstərdiyimiz dünya”, - Cabarov bildirib.
- Anar Kərimova yeni vəzifə verildi
- Əli Əsədov yeni qərar imzaladı
- Su sayğacları dəyişdirilir - Rəsmi
- Lənkəranda torpaq sürüşməsi: asfalt qatı çökdü - Foto
- Sabah Bakıda bu yollar bağlı olacaq
- Ər-arvad bir-birlərinə mənəvi zərər iddiası qaldıra biləcək
- Bu rayonlara qar yağdı
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir