Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Bakı şəhəri Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinə rəsmi din xadimi təyin olunmayıb.
Bu barədə BUTA.TV-a Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda xatırladılıb ki, “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş vəHüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur:
"Bu Qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək".
Xatırladaq ki, daha əvvəl Məşədi Dadaş məscidinin imamı ilahiyyatçı Hacı Şahin Həsənli olub. O, martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmadan dünyasını dəyişib.
- FHN-in Akademiyasına kursant qəbulu elan edilir - Video
- Baş nazirdən daha bir mühüm qərar
- Taksi və yük maşını sürücüləri üçün imtahan keçiriləcək
- Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı
- Baş nazirdən hərbi xidmətə qəbulla bağlı yeni qərar
- Prezident Lənkərandadır
- Anar Kərimova yeni vəzifə verildi
- Əli Əsədov yeni qərar imzaladı