Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan tərəfinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə inteqrasiyası barədə məsələni gündəmə gətirməsinin danışıqlar prosesinin irəli aparılmasına çətinlik törətməsi barədə iddiası və Ermənistan hökumətinin Qarabağ ermənilərinin hüquqları məsələsi ilə bağlı spekulyasiyalarına toxunub.
BUTA.TV xəbər verir ki, o, bununla bağlı qeyd edib:
“Sakinlərin yaşadıqları ölkəyə inteqrasiyası sülhün şərtidir və bu, hər vəchlə təşviq olunmalıdır. Öz evlərində yaşayan Qarabağ erməniləri ilə müqayisədə qat-qat ağır vəziyyətdə olan Qərbi azərbaycanlılar ağrılı tarixi keçmişə baxmayaraq, reinteqrasiyaya və dinc yanaşı yaşamağa, barışığa razıdırlar. Ermənistan hökumətinin evlərindən qovulmuş azərbaycanlıların hüquqlarını təmin etmək və bizim konstruktivliyimiz nümunəsində Qarabağ ermənilərini Azərbaycana inteqrasiyaya çağırmaq əvəzinə bu cür mövqe tutması riyakarlıqdır. A.Qriqoryan və Ermənistan hökumətinin digər rəsmiləri bilməlidirlər ki, insan hüquqları məsələsində onların ilk vəzifəsi o ölkənin qanuni sakinləri olan, evlərindən qovduqları azərbaycanlıların qayıdışına şərait yaratmaqdır”.
- ADY bayramlarla əlaqədar əlavə qatar reysləri təyin edir
- "Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı
- Ali Məhkəmədən Emin İbrahimovla bağlı qərar
- Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
- Bayram qabağı çərəzlər bahalaşdı - Qiymət
- Vardanyan apelyasiya şikayəti verməyəcək
- Sabah sosial ödənişlər yekunlaşdırılacaq
- Sabah hava necə olacaq?