Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, son gündə bir oyun keçirilib.
Autsayderlər zonasında qərarlaşan “Şamaxı” liderlər qrupunda yer alan “Neftçi”ni qəbul edib.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Bölgə təmsilçisi güclü rəqibinə 80 dəqiqə müqavimət göstərə bilib. 81-ci dəqiqədə qapıçı Rəşad Əzizlinin kobud səhvini bağışlamayan Mateus Saldanya hesabı açıb.
Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub və “Neftçi” səfərdə 1:0 hesablı qələbə qazanıb.
Beləliklə, çempionatda “Şamaxı” üzərində ardıcıl 5-ci qalibiyyətini əldə edən “Neftçi” xallarının sayını 55-ə çatdırıb. “Ağ-qaralar” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. Doqquzuncu sıradakı “Şamaxı”nın isə aktivində 20 xal var.
Turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla üstələyib.
Qeyd edək ki, Premyer Liqada XXVII turun qarşılaşmaları 15-17 mart tarixlərində oynanılacaq.
- Aqrar sektorda sürətli eniş davam edir - hökumət təcili olaraq nə etməlidir?
- AMEA-da “gərgin” iclas: Yuxuya gediblər ...
- “Hüquqşünasların 99 faizi bisavaddır, hətta ən tanınmışları...” – Nazirin təklifinə irad
- Toliklə Səidə həbs edilir? - AÇIQLAMA
- Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir...
- Şeyxin oğlu işdən çıxarıldı
- “TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
- İranda Suriyadakı kimi qarışıqlıq olarsa, Azərbaycan hiss edəcək