44 günlük müharibədə ona görə uduzduq ki, ordu daxilində “beşinci kolon” fəaliyyət göstərirdi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Müharibədə minlərlə könüllü iştirak etdi. Sizə kim dedi ki, onların silahı çatışmırdı? Əgər Sərkisyan 2018-ci ildən sonra Ermənistanın heç bir hərbi-texniki dəstək almadığını söyləməklə pulsuz verilən silahları nəzərdə tutursa, o zaman bu silahların nə olduğu desin. Ermənistan 2018-2020-ci illərdə 10 il əvvəlkindən daha çox silah əldə edib. Yalnız müharibədən az öncə alınan Su-30 təyyarələri istifadəyə hazır deyildi, digər silahlar isə istifadə olundu”, - Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 44 günlük müharibədə erməni ordusunun şəxsi heyətinin yalnız 50 faizinin iştirak etdiyini iddia etmişdi. Bundan başqa, Sərkisyan Ermənistanın 2018-ci ildən sonra heç bir hərbi-texniki dəstək almadığını da bildirmişdi.
- Xocalıya köçürülmüş 1137 sakin məşğulluq tədbirlərinə cəlb edildi
- “Nar” və AzTU əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi
- Rus general Azərbaycana gəldi - Foto
- Talıbovun dövründə maaşı verilmədi - Məhkəmədən qərar
- Bakıda 8 avtobusun hərəkət sxemi dəyişdirilir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Allahşükür Paşazadənin oğlu vəzifədən azad edildi
- Qar yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq