Bir vaxtlar Naxçıvanda yaşamış, daha sonra oradan qovulan ermənilər Ermənistan hökumətinə suallar verirlər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətinə müraciəti ilə bağlı sualı cavablandırarkən deyib.
“Naxçıvan erməniləri Ermənistan hökumətini öz qanuni hüquqlarının həyata keçirilməsinə mane olduğuna görə qınayırlar”, - Paşinyan bildirib.
Nikol iddia edib ki, həmin vaxt Naxçıvanda erməni tarixi-mədəni irsi məhv edilib.
“Bütün əsr boyu məcburi ermənisizləşdirmə aparıldı və bir müddət sonra orada bir nəfər də olsun erməni qalmadı”.
Baş nazir Bakı, Sumqayıt, Gəncə və digər azərbaycanlı yaşayış məntəqələrindən erməni əhalisinin kütləvi deportasiyasını da xatırladıb:
“Azərbaycandan qovulan ermənilərin kompensasiya tələb etmək hüquqları var. Bu insanlar öz hüquqları uğrunda mübarizə aparacaqlar”.
Paşinyan həyasızcasına irəli gedərək iddia edib ki, Ermənistanda heç vaxt zorla köçürülmə və qovulma prosesi baş verməyib. O, arxivdə Sovet Ermənistanı hökumətinin azərbaycanlılara astronomik məbləğdə kompensasiya ödədiyini bildirib:
“Onlar öz xoşları ilə getdilər. Düzdür, geosiyasi vəziyyət təsir göstərdi, amma heç bir qovulma olmayıb”.
- Xocalıya köçürülmüş 1137 sakin məşğulluq tədbirlərinə cəlb edildi
- “Nar” və AzTU əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi
- Rus general Azərbaycana gəldi - Foto
- Talıbovun dövründə maaşı verilmədi - Məhkəmədən qərar
- Bakıda 8 avtobusun hərəkət sxemi dəyişdirilir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Allahşükür Paşazadənin oğlu vəzifədən azad edildi
- Qar yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq