Bizim üçün (Almaniya üçün-red.) vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Almaniya kansleri deyib:
“Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəyi nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır”.
- Xocalıya köçürülmüş 1137 sakin məşğulluq tədbirlərinə cəlb edildi
- “Nar” və AzTU əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi
- Rus general Azərbaycana gəldi - Foto
- Talıbovun dövründə maaşı verilmədi - Məhkəmədən qərar
- Bakıda 8 avtobusun hərəkət sxemi dəyişdirilir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Allahşükür Paşazadənin oğlu vəzifədən azad edildi
- Qar yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq