"Qarabağ" "Qalatasaray"la keçiriləcək xeyriyyə matçı üçün Premyer Liqamızda çıxış edən digər klublardan oyunçular dəvət edə bilər.
BUTA.TV xəbər verir ki, bunu ARB 24-ə açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov deyib.
O qeyd edib ki, xeyli futbolçusu milli komandaların düşərgəsində olacağından bu addımı ata bilərlər: "Oyunçu baxımından bir az ehtiyatlanmaq istəyirəm. Çünki oyunçularımızın sayı yetəri qədər deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. Ola bilər ki, "Qalatasaray"la matç üçün digər klublarımızdan 2-3 futbolçu götürək. Bunun üçün klublardan xahiş edə bilərik. Yəni, hansı mövqeyimizdə çatışmazlıqlar, problemlər olacaq, onun üçün edəcəyik. Razılıq versələr, dəyişiklik mümkündür".
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır
- Xocalıya köçürülmüş 1137 sakin məşğulluq tədbirlərinə cəlb edildi
- “Nar” və AzTU əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi