Türkiyə qoşunları Suriya ərazisindən çıxacağı təqdirdə Ərdoğanla görüşməyə hazıram.
BUTA.TV xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.
“Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin aydın formada və heç bir qeyri-müəyyənlik olmadan Suriya ərazisindən ordusunu tam çıxarmasına, vəziyyətin Suriyada müharibə başlamazdan əvvəlki vəziyyətinə qayıtmasına bağlıdır. Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır. Bundan başqa, belə bir görüş Suriyadakı müharibə üçün yekun nəticələrə gətirib çıxarmayacaqsa, onu təşkil etmək nəyə lazımdır?” - Əsəd bildirib.
Onun sözlərinə görə, Türkiyə Suriyadakı müharibədə neqativ rol oynayıb, Dəməşqin terrorçu hesab etdiyi təşkilatları dəstəkləyib və ordusunu Suriya ərazisinə yeridib:
“Türkiyə bizim üçün işğalçı dövlətdir”.
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır
- Xocalıya köçürülmüş 1137 sakin məşğulluq tədbirlərinə cəlb edildi