Blokada? Axı, yol ki partladılmayıb! Xüsusilə son vaxtlar ərzaq hər yerdə görünür. Taxıl var, un, çörək var. Bizim ac olduğumuzu demək olmaz.
BUTA.TV xəbər verir ki, bu sözləri Xankəndidə yaşayan erməni Hayane Arustamyan rusiyalı jurnalist İrina Tumakovaya deyib.
İ.Tumakovanın Xankəndiyə səfərindən hazırladığı və “Novaya qazeta”da dərc edilən reportajında Arustamyan hər yerdə ərzaq olduğunu, ancaq qiymətlərin bahalaşdığını bildirib. Onun sözlərinə görə, bahalığa səbəb hər yük maşını üçün rus sülhməramlıların bir neçə min dollar pul almasıdır.
H.Arustamyanın sözlərinə görə, humanitar yardım adı ilə gətirilən ərzaqların bir hissəsi paylanılır, əhəmiyyətli hissəsi isə mağazalara gedir, çünki sülhməramlılar gətirdikləri hər yük maşını ərzaq üçün pul alırlar.
“Talonla satılan düyü, kərə yağı, toyuq, yumurta – çox ucuzdur, ancaq bu ərzaqlar talonsuz da satışda var və təxminən iki-üçqat bahadır. Məsələn, portağal talonla təxminən 1,2 dollar, talonsuz isə 3,5 dollaradır”, - o vurğulayıb.
Digər ermənilərin də açıqlamalarından belə aydın olur ki, Xankəndi və ətrafda yaşayan erməni icması ümumiyyətlə gətirilən bütün ərzaqların pulsuz paylanılmasını istəyir. Ancaq humanitar yardımla bərabər, rus sülhməramlılar biznes strukturlarının sifariş etdiyi ərzaqları da eyni kolonda daşıyırlar.
- Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı
- 22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı
- Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir
- Əli Əsədov yeni qərar imzaladı
- Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - VİDEO
- Bu xidmət üçün lisenziya tələbi sərt olacaq
- Bakıda məşhur şirkətdə ölüm hadisəsi...