Fransa Prezidenti Emmanuel Makronun LCI Direct TV-də canlı yayım zamanı pensiya yaşının 64-ə qaldırılması ilə bağlı suallara cavab verərkən, insanların yaxşı yaşadığı haqda sözləri fonunda qolundakı saatı gizlicə çıxarması ətrafında qalmaqal davam edir.
BUTA.TV xəbər verir ki, onun 80 min avroluq saatını pensiya islahatları ilə bağlı çıxışında diqqəti cəlb etməməsi üçün çıxardığı vurğulanaraq, Fransa liderinə qarşı kəskin ittihamlar səsləndirilir. Bildirilir ki, 80 min avroluq saat taxan zəngin prezident pensiyaçıların necə yaşadığını təsəvvür edə bilməz. Bəziləri isə bu saatın qiymətinin 2400 avro olduğunu iddia edirlər.
Yelisey Sarayından verilən bugünkü açıqlamada vurğulanıb ki, Makron saatını gizlətmək üçün deyil, danışarkən masaya dəyərək, səs çıxardığı üçün açıb.
Buna baxmayaraq, rəsmi açıqlamada Makronun saatının qiyməti haqda heç nə bildirilməyib.
- Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı
- 22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı
- Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir
- Əli Əsədov yeni qərar imzaladı
- Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - VİDEO
- Bu xidmət üçün lisenziya tələbi sərt olacaq
- Bakıda məşhur şirkətdə ölüm hadisəsi...