“Qalatasaray”ı qonaq etmək həm “Qarabağ”, həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər iki komandaya dəstək lazımdır. Sabah keçiriləcək matçın bütün azarkeşlərin zövqünü oxşayacağına inanıram. Hər kəsi oyuna dəvət edirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri “Qalatasaray” ilə Bakıda xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın futbolçusu Qara Qarayev matçdan əvvəl təşkil olunmuş brifinqdə deyib.
Müdafiəçi bildirib ki, Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Oyunun mahiyyətini hər kəs bilir. Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Xüsusi qeyd etməli bir şey yoxdur.
“Əksər oyunçularımız milli komandaların düşərgəsindədir. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiyənin ən yaxşı komandası olan “Qalatasaray”a qarşı “Qarabağ”ın adı üçün oynayacağıq. Heyətimizin tam olub-olmamasından asılı olmayaraq gücümüzü azarkeşlərimizdən almışıq”, - deyə Q.Qarayev əlavə edib.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə göndəriləcək.
- Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı
- 22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı
- Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir
- Əli Əsədov yeni qərar imzaladı
- Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - VİDEO
- Bu xidmət üçün lisenziya tələbi sərt olacaq
- Bakıda məşhur şirkətdə ölüm hadisəsi...