Güney azərbaycanlıların Brüsseldə martın 25-ə nəzərdə tutduğu “Azadlıq və Ədalət yürüşü” yüksək səviyyədə keçdi.
Bu sözləri BUTA.TV-a yürüşün Koordinasiya Mərkəzinin üzvü və aksiya iştirakçısı Elyar Kamrani deyib.
“Birinci dəfə idi ki, Güney azərbaycanlılar Avropada belə bir aksiya keçirirdi. Bu səbəbdən də bu qədər insanın iştirak edəcəyini təxmin edirdik. Milli fəallarımız, insanlarımız qatıldı. Düşünürəm ki, gözəl bir aksiya oldu. Belə çətin günlərdə ilk təcrübəmiz idi, Azərbaycan Milli Hərəkatı bu vaxta kimi Avropa meydanında olmayıb. Bu, bizə bir başlanğıc oldu ki, gələn görüşlərdə bundan daha təntənəli aksiyalar keçirək. Avropanın müxtəlif yerlərindən türklərin gəlməsi onu göstərir ki, biz birliyə doğru gedirik. Orada səsləndirilən son qətnamədə istəklər bəlli oldu, azərbaycanlıların arzusunun azadlıq, ədalət və milli hökumət olduğunu göstərdi. Məlum oldu ki, iştirakçılar bu mitinqi çoxdan gözləyirmişlər. Hər kəs 40 gün ərzində bu aksiya baş tutsun deyə, əlindən gəldiyi qədər yardım etdi”.
O, aksiyada çıxış edənlərdən də danışıb:
“Avropa Parlamentinin önündə səhnə qurulmuşdu. Orada Güney Azərbaycandan sözçülər Saleh Kamrani və Şərifə Cəfəri, yürüşün Koordinasiya Komitəsinin başçıları Mahmud Bilgin, Eldar Qaradağlı, həmçinin Haray Fəthipur, Babək Azad çıxış etdilər. Eləcə də Ukrayna diasporundan və ərəblərdən nümayəndələrə söz verildi. Çıxışçılar arasında qaşqaylardan Ruhulla Muradi də var idi. Avropa Parlamentinin müşaviri də danışdı, mitinqi və Güney Azərbaycanı dəstəklədi, aksiya təşkilatçılarına təşəkkür etdi. Sabah yürüşlə bağlı mətbuat konfrasımız olacaq”.
- Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı
- 22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı
- Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir
- Əli Əsədov yeni qərar imzaladı
- Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - VİDEO
- Bu xidmət üçün lisenziya tələbi sərt olacaq
- Bakıda məşhur şirkətdə ölüm hadisəsi...