Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan “cəsarətləndi” və onun Qarabağsız sülh sazişinə marağı azaldı.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ordumuzun ötən gün qanunsuz silah daşınan torpaq yollarını nəzarətə götürməsi haqda qeyd edib.
O bildirib ki, Azərbaycan Ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu, Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır:
“Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan Ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa, tərəfdaş adlandırdığına görə “qırmızı çizgiləri” tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün “qırmızı çizgiləri” aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir”.
- Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı
- 22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı
- Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir
- Əli Əsədov yeni qərar imzaladı
- Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - VİDEO
- Bu xidmət üçün lisenziya tələbi sərt olacaq
- Bakıda məşhur şirkətdə ölüm hadisəsi...