İsrail Baş naziri Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad etməsinin ardınca ciddi siyasi dalğalanmalar yaşanır.
BUTA.TV xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri Qalantın vəzifədən azad edilməsindən sonra ölkə daxilində baş verən etirazlar və vətəndaş iğtişaşlarının İsrail dövlətinin təhlükəsizliyini təhlükə altına aldığını bildiriblər.
İsrailin Nyu Yorkdakı Baş konsulu Asəf Zamir isə bu olaydan sonra Baş nazir Benyamin Netanyahuya etiraz olaraq istefa verdiyini Tvitter hesabında elan edib.
Yoav Qalant da Tvitterdə “Dünya müxtəlif yerlərində fəaliyyət göstərən səfirliklərdəki bütün İsrail nümayəndələrini dərhal istefa verməyə çağırıram. Qeyri-legitim hökumətə xidmət etməyin” deyə çağırış etdiyi bildirilir.
Qeyd edək ki, Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır. Bunun ardınca isə bu gün Netanyahu onu istefaya göndərib.
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bəzi nazirlik və komitələr ləğv olunacaq
- SN, TƏBİB və İTS işçi qrupu yaratdı: dəyişiklik olacaq
- 8 aylıq hamilə xəstəxanada qəflətən öldü
- Ukraynanın bu qədər ərazi itirməsinin səbəbi budur
- DSMF: 1932-dən 2017-ci ilədək doğulanlara 1000 manat ödəniş...