Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb.
Bu barədə BUTA.TV-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilib.
Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bəzi nazirlik və komitələr ləğv olunacaq
- SN, TƏBİB və İTS işçi qrupu yaratdı: dəyişiklik olacaq
- 8 aylıq hamilə xəstəxanada qəflətən öldü
- Ukraynanın bu qədər ərazi itirməsinin səbəbi budur
- DSMF: 1932-dən 2017-ci ilədək doğulanlara 1000 manat ödəniş...