Rəsmi İrəvan Moskvanın maraqlarına gizli və xain zərbə endirərək, geosiyasi oriyentasiyanın tamamilə qərbyönümlü istiqamətə dəyişdiyini bir daha nümayiş etdirdi.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarını şərh edərkən deyib.
"ABŞ-a yarınmaq üçün canfəşanlıq edən erməni siyasətçiləri özlərinin əsas təhlükəsizlik qarantı olan Rusiyanın maraqlarına xəyanət etmək üçün çox əlverişli vaxt və məkan tapdılar və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıdılar. Hazırda demək olar ki, Qərbin ən böyük xəbər agentlikləri KTMT üzvü olan kiçik Ermənistanın nəzəri cəhətdən Rusiya Prezidenti Vladimir Putini həbs edə biləcəyindən yazır”, - politoloq bildirib.
Onun fikrincə, bununla da rəsmi Moskvanın regiondakı maraqlarına gizli və xəyanətkar zərbə endirildi.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Mixaylov qeyd edib ki, Ermənistanda əbəs yerə düşünürlər ki, daim “Rusiya-Ermənistan əbədi dostluğu”nu əldə bayraq edərək arxadan zərbə endirə biləcəklər:
“Ən xoşagəlməz hal budur ki, problemlə üzləşəndə erməni “müttəfiqlərimiz” daim “Rusiya, xilas et!” deyə qışqırırlar, biz onları xilas etdikdə isə bunu çox tez unudur”.
- Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
- Xocalı Soyqırımı Memorialının görüntüləri - Video
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...