Böyük Britaniyanın ən böyük siyasi partiyalarından birinin ilk müsəlman lideri olan Pakistan əsilli Həmzə Yusif Şotlandiyada keçirilən seçkilərdə Şotlandiya Milli Partiyasının rəhbəri seçilib.
BUTA.TV xəbər verir ki, Şotlandiya Milli Partiyasının müsəlman lideri jurnalistlərə müsahibəsində etnik azlığın nümayəndəsi kimi öz təcrübəsindən azsaylı xalqların maraqlarını qorumaq istiqamətində istifadə edəcəyini deyib.
Qeyd edək ki, valideynləri Pakistandan mühacirət etmiş və Qlazqoda böyüyən Həmzə Yusif 2011-ci ildə Şotlandiya parlamentinə ilk dəfə seçilərkən ingilis və urdu dillərində and içib və hökumətin ilk müsəlman üzvü olub. O, tərəfdarları ilə birlikdə SNP-nin Şotlandiyanın müstəqilliyinə dəstək siyasi kursunu davam etdirib. Böyük Britaniya hökumətinin yeni referenduma qarşı çıxmasına və Ali Məhkəmənin uğursuzluğuna baxmayaraq, H.Yusif bazar ertəsi söylədiyi qələbə nitqində müstəqillik əldə edəcəyini vəd edib.
Martın 28-də Şotlandiya parlamenti Həmzə Yusifi ölkənin birinci naziri postuna təsdiq edəcək.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bəzi nazirlik və komitələr ləğv olunacaq